AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəyli rayon polis idarəsinə çağırılıb.

Azadlıq.com-un yaydığı məlumata görə məsələyə aydınlıq gətirmək üçün Şamil Hacıbəyli ilə əlaqə saxlanılıb. Məlum oldu ki, Şamil Hacıbəylini “öz həyətində icazəsiz yığıncaq keçirmək” ittihamı ilə polisə çağırıblar. Lakin sonradan başqa ittihamlar ortaya çıxıb. 

“Əvvəlcə icazəsiz yığıncaq keçirdiyimi dedilər. Mən də bildirdim ki, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş partiyanın Saatlı rayon şöbəsinin sədriyəm. İcra hakimiyyətinə yerlə bağlı mürəaciət etmişəm. Ancaq yer verilmədiyi üçün, öz həyətimdə yığıncaq keçirmişəm. Burda qanuna zidd heç bir fəaliyyət yoxdur. Bu məsələdə haqsız olduqlarını anlayandan sonra yeni bir üsula əl atıblar. Səfərov Rizvan adlı şəxsdən mənim əleyhimə izahat alıblar”. - deyə Şamil Hacıbəyli bildirdi.

Şamil Hacıbəyli onu da əlavə etdi ki, bu gün ona çağırış vərəqi göndəriblər. Sabah saat 11-də polis idarəsinə gedəcək.

Qaynar.info