Avqustun ilk günü sərin hava şəraiti müşahidə ediləcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. 

Mülayim şimal-qərb küləyi əsəcək. 

Temperatur gecə müsbət 19-24, gündüz 27-32 dərəcə olacaq.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə təşkil edəcək. Azərbaycanın rayonlarına gəlincə, avqustun 1-də hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 17-22, gündüz 29-34 dərəcə, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti təşkil edəcək.


Qaynar.info