Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Qaynar.info-nun Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, eyni zamanda Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə məruz qalıb.

Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, Goranboy, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Qaynar.info