Müğənnini “Memorial” xəstəxanasına yerləşdiriblər


Məşhur türk müğənnisi Adnan Şensesin vəziyyəti pisləşib. ANS PRESS-in verdiyi məlumata görə, ötən gündən vəziyyəti kritik həddə çatan sənətçinin ayaqları şişib. Onun arıqlayaraq 56 kq-a düşdüyü və tamamilə taqətsz olduğu bildirilir. Adnan Şensesi yaxınları “Memorial” xəstəxanasına yerləşdiriblər. Hazırda xəstəxanada müalicə olunan müğənninin vəziyyəti olduqca ağırdır.

Bu xəbəri eşidən müğənninin yaxınları, həmkarları xəstəxanaya axışıb. Onu ziyarət edənlər arasında Selçuk Ural da var. O, mediaya bildirib ki, Adnan Şensesin vəziyyəti yaxşı deyil: “Hazırda vəziyyəti çox pisdir. Çox arıqlayıb. Həkimlər bir an da olsun yanından ayrılmırlar. İnşallah yaxşı olar. Allahdan ümid kəsilməz”.

Qeyd edək ki, Adnan Şenses uzun zamandır mədə xərçəngindən əziyyət çəkir.


Qaynar.info