2017-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,5 faiz artaraq 27716,9 milyon manata çatıb.

"Ölkə.Az" xəbər verir ki, gəlirlərin hər nəfərə düşən həcmi orta hesabla 2853,4 manat təşkil etmişdir.

Bu dövr ərzində gəlirlərin 85,9 faizi son istehlak xərclərinə, 8,4 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 3,8 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 25373,5 milyon manatlıq vəsait qalıb.

Qaynarinfo.Az