"Piyadayam: Yol hərəkəti qaydalarına riayət edək!" - şüarı ilə keçiriləcək aksiya maarifləndirici xarakter daşıyır


Nəqliyyat Nazirliyi dekabrın 6-8-də maarifləndirici aksiya keçirəcək. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, aksiya Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM), Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə Park Bulvar AVM-də keçiriləcək. "Piyadayam: Yol hərəkəti qaydalarına riayət edək!" - şüarı ilə keçiriləcək aksiya maarifləndirici xarakter daşıyır.

Hər kəs aksiyaya dəvətlidir.


Qaynar.info