Söz vermişdik ki, əgər hörmətli Eldar Namazov, Əli Kərimli və İsa Qəmbər vahid namizəd haqqında razılığa gəlsələr, biz mütləq belə birliyə dəstək verəcəyik. Ancaq “vahid namizəd haqqında razılıq” nə deməkdir? 

Bu təkcə Milli Şura tərəfindən hörmətli Rüstəm müəllimin şəxsində vahid namizədin müəyyən edilməsi deyil, həm də Milli Şuranın hər hansı digər üzvünün öz namizədliyini qeydə aldırmaq cəhdindən imtinasıdır. 

Əks təqdirdə: 

1. Seçkilərdə Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almamaqla, İlham Əliyev öz rəqibini özü təyin edəcək.

2. İbrahimbəyovun namizədliyini qeydə aldıra bilməməsi Milli Şuranı məhv edəcək və beləliklə də, sözügedən siyasi nəsil ölkə miqyaslı səsvermələrdə özünün dalbadal onbeşinci siyasi məğlubiyyətini yaşayacaq. 

Biz hamımız İbrahimbəyovun ardınca getməliyik, o da öz növbəsində qeridə qalmamalıdır. Əks halda REAL seçkilərə doğru yolunu öz namizədiylə davam edəcək, sonra isə vəziyyətə uyğun olaraq Cümhuriyyətin marağında, yəni həmişəki kimi şahlığa qarşı addımlar atacaq. 

İlqar Məmmədov
Kürdəxanı, 18.07.2013