Azərbaycanda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Kürdəmir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Bakı-Qazax yolunun 210-cu kilometrliyində rayonun Qarabucaq kəndinin ərazisində qeydə alınıb.

Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Rəfail Əlikram oğlu Bayramovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Ağcabədi rayon sakini, 1967-ci il təvəllüdlü Rəhbər Ənvər oğlu Hüseynovu idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-2107”nin sürücüsü hadisə yerində ölüb, sürücünün 1985-ci il təvəllüdlü qardaşı Tural və “KamAZ”ın sürücüsü müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qaynar.info