İtaliyanın keçmiş baş naziri Silvio Bersluskoni Romadakı villasında "Chi" jurnalına müsahibə verib.

Qaynar.info
xəbər verir ki, "Silvionun yeni həyatı" adlı yazıda Berluskoninin gizli şəkildə evləndiyi Françeska Paskalenin iti Dudu ilə oynayarkən görüntüləndiyi fotolar istifadə olunub. Fotoda Berluskoni ilə birlikdə Rusiya prezidenti Vladimir Putin də yer alıb.

Berluskoninin sevgilisi Paskale qadınların nişanlısına olan münasibətini qısqanır. Berluskoninin siyasət meydanındakı düşmənlərindən və qadınlardan qorumaq üçün villasının ətrafına mina basdırdığı zarafatını edən Paskale, "Berluskonin ciblərində ondan iş və pul istəyən məktublar tapıram. Qadınlar onun diqqətini cəlb etmək üçün ondan müxtəlif yardımlar istəyir. O da həmin məktubları oxumadan atır" deyib.

Qaynar.info