Maskalı şəxslər Leninin abidəsini uçurandan sonra Kiyevin Bessarabiya meydanındakı aksiyada iştirakçılar atəşfəşanlıq ediblər

Kiyevdə müxalifət Bessarabiya meydanında Vladimir Leninin heykəlini uçurub. "İnterfaks" xəbər verir ki, Kiyevin Milis İdarəsi məlumatı təsdiq edib.

Məlumata görə, Leninin abidəsi maskalı şəxslər tərəfindən sökülüb. Abidənin qabağında təşkil edilən aksiyanın sonunda atəşfəşanlıq edilib. Aksiya iştirakçılarının əlində "Azadlıq" millətçi dərnəyinin bayraqları olub.

Qeyd edək ki, Kiyevin Bessarabiya meydanında Leninin heykəli 1946 -cı ilin dekabrında qoyulub. Abidənin hündürlüyü 6.8 metr, heykəlin özünün hündürlüyü isə 3.45 metrdir.

Xatırladaq ki, Kiyevin "Müstəqillik Meydanı"nda hökümətin istefası tələbi ilə aksiyalar davam edir. // ANS PRESS